Ginekoloq həkim Dr. Səbinə Mirzəyeva

Ginekoloq Cərrah Dr.Səbinə Mirzəyeva

Göstərdiyimiz xidmətlər

Baku Medical Plazanın -nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva 03.04.2018-ci il vəfat edib.

ALLAH Rəhmət eləsin.



Mama-Ginekoloq Cərrah Dr.Səbinə Mirzəyeva Göstərdiyimiz xidmətlər

Səbinə Mirzəyeva sizə qüsursuz tibbi xidmət təklif edir.
Mükəmməl tibbi servis və ən son tibbi avadanlıqlarla problemlərin aradan qaldırılmasına zəmanət verir.

Hamilələrin ən çox verdiyi suallar

amilələrin ən çox verdiyi suallar

Bu bölmədə hamilə xanımların bizə ən çox verdikləri sualların cavabları yer almışdır.

Keysəriyyədən sonra
təbii doğuş

Müasir zamanda mamalıq sahəsində aktual olan və tez tez rastlaşılan suallardan biridə keysətiyyə kəsiyi ilə sonlanmış hamiləlikdən sonra təbii doğuşun mümkünlüyünün mövcud olub olmasıdır.

Dünyada bir çox ölkələrdə aktual olan bu mövzu çox geniş müzakirə olunduqdan sonra amerika mama ginekoloqları tərəfindən 1970-ci ildə qanuni şəkildə tibbdə keysəriyyə kəsiyindən sonra təbii doğuşun olunması qərarı qəbul olundu. Amma praktika nəticəsində qadınlarda keysəriyyədən sonra normal doğuş edərkən uğurlu nəticələrlə yanaşı böyük fəsadlarda ortaya cıxdı. Bu fəsadların ən başlıcası uşaqlıq üzərindəki əvvəlki keysəriyyə kəsiyindən sonrakı çapığın yetərsizliyi və nəticə kimidə uşaqlığın yırtılmasi oldu. Bunları nəzərə alaraq alimlər keysəriyyə kəsiyindən sonra normal doğuş etmək istəyən xanımlarda diqqət ayrılması vacib olan göstəriciləri qruplara ayırmaq qərarına gəldilər.

Beləliklə, hansı halda keysəriyyə kəsiyindən sonra qadın normal doğum edə bilər?:

1. Əgər qadının anamnezində heç olmazsa 1 doğuşu normal doğuş olubsa (vaginal yol ilə): Bu qadınlarda ikinci doğuşu keysəriyyə 3 doğuşu normal başa çatdırmaq mümkündü. Bu qadınlar keysəriyyə kəsiyindən sonra təbii doğuş üçün daha uyğun namizəddir.
2. Hazırkı keysəriyyə kəsiyindən qabaq uşaqlıqda başqa konservativ cərrahi müdaxilələr (miomektomiya və s), keysəriyyə kəsiyi ilə nəticələnmiş bir doğuşdan artıq cərrahi doğuşun olmaması: Məsələn 2 keysəriyyədən artıq və yaxud hər hansı uşaqlıqda olunan əməliyyatlar olarsa bu tip pasientlərə normal doğuş etmək olmaz.
3. Doğulacaq körpənin USM və xarici ölçülərə görə müəyyənləşdirilmiş təqribi çəkisi 4 kg artıq olmamalıdır.
4. Ananın anatomik çanaq ölçüləri norma daxilində olmalıdır. Əgər ilk hamiləlik anatomik dar çanaq səbəbindən cərrahi yolla sonlandırılıbsa, növbəti doğuşlarında keysəriyyə əməliyyatiyla başa çatdırılması lazımdır.
5. Hamilə qadında doğuşu təbii yolla aparmağa mane olan, sağlamlığını təhlükə altına atacaq hər hansı sistem və orqanlarda problem olarsa: şəkərli diabet, arterial hipertenziya, böyrək-ürək çatışmamazlığı, nevroloji statuslu pasientlər ve s. Bu pasientlərdə ananın həyati göstəriciləri səbəbindən növbəti doğuşlarda keysəriyyə əməliyyatıyla başa çatdırmalıdır.
6. Uşaqlıq üzərindəki çapıq toxumanın yararlı olması doğuşun təbii yolla aparılması üçün başlıca amillərdən biridir. USM müayinə zamanı dəyərləndirilən çapığın qalınlığı 4mm aşağı olmamalıdır.
7. Hamiləlik müddəti 40 həftənin üstündə olmamalıdır. Əks halda dölün baş sümüklərinin doğum kanalında irəliləməsi zamanı konfiqurasiya olunması çətinləşirki buda təbii doğuşun gedişatına mənfi təsir edir.

Kəysəriyyə əməliyyatından sonra doğuş istəyən xanimlar bilməlidirki hər an doğum taktikası təbii doğuşdan cərrahi doğuşa dəyişdirilə bilər. Buna görədə keysəriyyə kəsiyindən sonra doğum edən qadınların doğum prosesi klinikada - açıq, hər an əməliyyata hazır olan əməliyyatxana personalı hazır vəziyyətdə aparılır.

Keysəriyyədən sonra təbii doğuş

Qadın sonsuzluğu nədir?

“Sonsuzluq” evli cütlüyün bir il ərzində qorunma olmadan requlyar cinsi münasibət yaşamasına baxmayaraq hamiləlik halı olmadığı halda tibbdə qoyulan diaqnozdur.

Statistikaya görə sonsuzluğa səbəb yaşayan cütlüklərin 40%-də kişi faktoru, 40%-də qadın faktoru, 20%-də isə hər iki tərəfin sonsuzluq problemi olması ilə əlaqələndirilir.

Qadın sonsuzluğunun səbəbləri arasında çanaq orqanlarının infeksion və iltihabı xəstəliklərini, hormonal pozğunluqları, boru faktoru - uşaqlıq borularının keçməməzliyini, uşaqlığın anatomik qüsurlarını aid etmək olar. (ətraflı müvafik bölümə bax).

Qadın sonsuzluğu nədir?

Hamiləlyə USM ziyandırmı?

Ultrasəs müayinəsi (USM) - XXI əsrdə inkişaf etmiş tibb sahəsinin ən dəyərli nümunələrindəndir. Beləki adi əllə, küt olaraqdan qadını müayinə etməklə olun bətnində olan döl haqqında qabaqcadan ətraflı məlumat almaq, doğum zamanı və ya zahılıq dövründə ailənin körpənin sağlamlığı ilə bağlı olaraq hansı pronlemlərlə üzləşə biləcəyini dəqiqliklə söyləmək qeyri mümkündür.

Hamiləlik zamanı istifadə olunan bu müayinənin ana bətnindəki körpəyə əks təsirinin olmadığı çox saylı elmi tətqiqatlarla sübut olunmuşdur.

Hamiləlik zamanı ilk USM aybaşı gecikməsi olduqda 2 həftə sonra dölün yerini müəyyən etmək(uşaqlıq daxili vəya uşaqlıqdan kənar), ürək vurğularını ilkin olaraq izləmək üçün aparılır. Hamiləlik uşaqlıq daxilində olarsa qadın hamiləliyinin izlənmasi üçün təqibə alınır. Əks halda, uşaqlıqdan kənar hamiləlik aşkarlanarsa qadına ciddi diqqət ayrılaraq müvafiq müayinələrdən sonra cərrahi müdaxilə olunur. (müvafiq bölümdə ətraflı bax).

Hamiləlik zamanı əsas 3 skrininq USM aparılır.

I. Hamiləliyin 11-14-cü həftəsində təyin edilir. Bu zaman dölün sonuncu aybaşıya nisbətdə hamiləlik həftəsi dəqiq müəyyənləşdirilir. Burun sümüyünün mövcudluğuna, ölçülərinə xüsusi diqqət ayrılır. Yaxa nahiyyəsi (NT) adlanan sahəyə xüsusi diqqət ayrılaraq ölçülür. Bu parametrlərdə olan dəyişikliklər döldə ola biləcək xromosom anomaliyalarından xəbər verir.

II. Normal hamiləlik zamanı ikinci USM müayinəsi hamiləliyin 20-24-cü həftəsində təyin edilir. Bu zaman ətraflı dölün bütün daxili orqanlarına ətraflı baxılır, başında və onurğa beynində patologiyanın olub olmaması müayinə edilir. Göbək ciyəsi arteriyasında, uşaqlıq arteriyalarında, dölün orta beyin arteriyasında olan qanın axını doplerometriya müayinəsi ilə ölçülür. Aşkarlanmış. Hər hansı dəyişikliklər aşkarlandıqda ginekoloq tərəfindən müvafiq müalicə təyin olunur.

III. Üçüncü USM müayinəsi 31-34-cü həftələrdə təyin edilir. Bu zaman dölün ana bətnindəki mövqesi, görkəmi, dolyanı mayenin miqdarı, göbək ciyəsinin dölün boynuna dolanma olub olmaması ətraflı müayinə edilir.

Doğumdan əvvəlki dövrdə, hamiləliyin 37 həftəsinin üstündə USM aparılması məsləhətdir. Bu zaman dölün uşaqlıq daxilində vəziyyəti, gələcək hissəsi (baş, sağrı, ayaqlar və s), dölün təqribi çəkisi (USM zamanı bu ölçüdə 200-250qr yanılma ehtimalı vardır), göbək ciyəsinin dölün boynuna dolanıb dolanmaması ətraflı müayinə olunur. Buna əsasən doğum taktikası kəsinləşir.

Hamiləlyə USM ziyandırmı?
Körpənin Normal Çəkisi?

Hamilə zamanı dadbilmə

Doğum üçün həyəcanlı olmağınız tamamilə adi haldır: lakin, doğum prosesində sizinlə birlikdə kiminsə olması çox böyük əhəmiyyət kəsb edir. Buna görə də, vaxt ayırıb sizi rahat hiss etdirən və sizə dəstək olan doğum partyorunuzu seçin.

Doğuşa necə hazırlaşmaq olar? Təbii doğum? Suda doğum? Xəstəxanada doğum?

İndi isə doğum planınızı yazmaq haqqında düşünmək vaxtıdır. Ağlınızda hansı doğum olmasından asılı olmayaraq, yazılmış doğum planı yaxşı olardı. Doğum partnyorunuz və həkiminiz ilə seçiminizin daha ətraflı araşdırılması və müzakirə olunması faydalıdır. Bununla siz sancılar başlayanda hazır olacaqsınız. Yadınızıda saxlayın ki, hər şey son dəqiqədə dəyişə bilər, buna görə də, əgər lazım olarsa, doğum planınızı dəyişməyə hazır olmalısınız. Antenatal hazırlığın bir hissəsi olaraq xəstəxana və ya doğum məkanını (əgər evdə doğum olmayacaqsa) ziyarət etmək yaxşı olardı. Siz bütün bunların baş verəcəyi yer ilə tanış olmalısınız.

Hamiləlik zamanı müayinələr

Hamiləliyin ilk həftələrindən başlayaraq ayda 1 dəfə aparılan antenatal müayinələriniz 36-cı həftədən başlayaraq hər iki həftədən bir təyin oluna bilər. Bu müayinələr ərzində, həkim körpənizin düzgün böyüməsindən əmin olmaq üçün uşaqlığınızın ölçüsünü: qarının çevrəsini və uşaqlıq dibinin hündürlüyünü yoxlayacaq. Qan təzyiqinizlə yanaşı sidiyinizdə şəkər, zülal və infeksiya əlamətləri yoxlanılacaq. Həmçinin, vaxt yaxınlaşdıqca, körpənizin ana bətnində tutduğu mövqeyi xarici palpasiya vasitəsilə müəyyənləşdiriləcək. Bu gələcəkdə doğum taksitasının seçilməsində əsas amillərdən biridir.

Nümunə olaraq: əgər körpəniz yanı aşağı (sağrı gəlişi) vəziyyətdədirsə, məsləhətçi mamaça ilə müayinə təyin oluna bilər. Əgər körpəniz bu vəziyyətdə 35 həftədən sonra qalırsa, sizin seçimlərinizə qeysəriyyə əməliyyatı və ya körpənizi çevirmək cəhdi daxil olacaq. Buna Başın Xaricdən Çevrilməsi (ECV) deyilir. Bu həftələrda uşaqlıq boşluğu ölçülərinin çəkisini yığmış dölün dönməsi üçün yetərli olmadığından körpənin özünün firlanma ehtimalı azdır, buna görə də, doğum seçimlərinizi həkiminizlə müzakirə etməlisiniz. Lakin, sonda, doğuş zamanı körpəniz üçün ən yaxşı üsulun hansının olduğunu seçmək qərarı həkiminizin və ya səhiyyə işçinizin səlahiyyətində olacaq. Körpəniz doğuş üçün necə hazırlaşır

Hamiləliyin son mərhələsində, körpə doğuşa hazırlaşma üçün aşağı, çanağa doğru hərəkət edir, bununla da, uşaqlıq sizin diafraqmanıza az təzyiq göstərir və tənəffüsünüz rahatlaşır. Lakin, körpə sidik kisənizi daha çox sıxdıqca, siz tez-tez ayaqyoluna getmə ehtiyacı duya bilərsiniz. Səbrli olmağa çalışın. Doğum yaxınlaşdıqca:

Hamiləliyin son həftələri sonu olmayan ov kimi görünə bilər. Yadınızda saxlayın ki, körpənizin doğum tarixi sadəcə ehtimaldır - doğum həmin tarixdən 14 gün gec və ya tez ola bilər. Əslində, körpələrin sadəcə 5%-i həqiqətən həmin tarixdə dünyaya gəlirlər.

Hamiləlik əgər həddindən artıq davam edibsə həkiminiz induksiya – doğuşu süni yolla stimulyasiya etməyi təklif edə bilər. Bir çox qadınlar induksiyanı yaxşı qəbul edirlər, digərləri isə bunu qəbul etmirlər. İstəklərinizi əvvəlcədən bilin və onları doğum planına əlavə edin. Əgər körpəniz 40 həftədən sonra doğulmayıbsa, həkiminizin qəbuluna yaxınlaşmalısınız. Təbii doğuş üçün heç bir əks göstəriş yoxdursa, bu zaman doğuşun induksiya tarixi təyin olunur. Bu, əgər həmin tarixdən əvvəl körpəniz doğularsa - ləğv olunacaqdır.

Hamilə zamanı dadbilmə

Ana südü vacibdirmi?

Ana südü körpənin böyüməsi üçün ən vacib qida hesab edilir. Ana südünün faydaları və körpəyə bəxş etdiyi rahatlığın dərəcəsi heç nə ilə müqayisəyə gəlməz. Körpə ən çox acdıqda, susadıqda və sancılananda ağlayır. Belə hallarda körpə ana təmasına ehtiyac duyur və ağlayır. Bu zaman döşə qoyulan körpa həmdə ana bətnində olduğu dövrdən öyrəşdiyi ananın ürək döyüntüsünü eşidərəkdən sakitləşir. Uşağı ana südü ilə böyütmək ana ilə uşaq arasında isti əlaqələrin yaranmasına səbəb olur. Ana südü ilə böyüyən uşaqların ətrafdakı insanlara qarşı da istiqanlı olması mütəxəssislər tərəfindən öz təsdiqini tapıb.
Ana südünün əmələ gəlməsi və tərkibi:

Ana südünün yaranması mürəkkəb və tibbi cəhətdən maraqlı prosesdir. Belə ki, süd əmələgəlmənin (laktasiyanın) birinci 3-5 günündə anada ilkin süd (ağız südü), 6-7-ci gün keçid süd, ikinci həftədən etibarən isə yetkin süd əmələ gəlir. Ana südünün hər 100 ml-də 76 kkal, ilkin süddə isə 1500 kkal enerji dəyəri olur. Ilkin süd yapşıqanlı, sarı rəngli, yüksək kalorili mayedir. Tərkibində zülal çox, su isə azdır.

Ilkin süddə zülal yetkin ana südündən 2-3 dəfə çoxdur, kazein (inək südü zülalı) isə yoxdur.

Ana südündə bütün immunoqlobulinlər, həmçinin spesifik və qeyri-spesifik müdafiə faktorları da mövcuddur. Yeni doğulmuşların immun səlahiyyətli orqanları (timus, qırmızı sümük iliyi, dalaq, limfa düyünləri) tam yetkin olmadığı üçün ana südü ilə alınan anticisimlər uşaq orqanizmini müxtəlif xəstəliklərdən qoruyur.

Ana südündə olan taurin zülalın tərkibinə daxil olan sərbəst amin turşusudur. Taurin gözün torlu qişasının və beyinin, ürəyin əzələ toxumasının inkişafı üçün çox vacibdir. Ona görə də ana südü ilə qidalanmış uşaqların zehni qabilliyəti daha yaxşı inkişaf edir. Məktəbdə dərslərini mənimsəmə qabiliyyəti yüksək olur.

Ana südündə qalaktoliqosaxaridlər var ki, bunlar da prebiotik effektə malikdir. Prebiotiklər normal mikrofloranın inkişafı üçün mühüm amildir. Onlar, uşaq orqanizmi tərəfindən həzm olunmayan və metabolizimə uğramayan qida məhsulları komponentləridir və mədə-bağırsaq traktında uşağın sağlamlığı üçün ən münasib bakterial floranın yaranmasında iştirak edirlər.

Eyni zamanda, ana südündə doymamış yağ turşuları inək südünə nisbətən, bir neçə dəfə çoxdur. Doymamış yağ turşularına Omeqa- 3 və Omeqa – 6 aiddir. Bu yağ turşuları iltihab əleyhinə faktorun əmələ gəlməsində, baş beyinin formalaşmasında və inkişafında mühüm rol oynayır.

Ana südündə kalsium-fosfor nisbəti 2/1 kimidir. Ona görə də ana südü ilə qidalanan uşaqlarda raxitlik xəstəliyinə tutulma riskləri daha az olur.

Ana südündəki təbii anti-stafilokokk faktoru, anti-bakterial təsirə malik lizosim və allergiyadan qoruyan laktoalbumin, südü daha da əvəzsiz edir.

Ana südü vacibdirmi?

Bizim üstünlüklərimiz!

Riskli hamiləliklərin aparılması

Keysəriyyədən sonra
təbii doğuş

Ən müasir tibbi avadanlıqlar

Mehriban və səmimi münasibət