HİSTEROSKOPİYA ƏMƏLİYYATI

Histeroskopiya əməliyyatı

Histereskopiya nədir? Histereskopiya ginekoloji müayinə metodlarından biri sayılır. Bu müayinə metodu vasitəsilə ginekoloqlar uşaqlığı daxildən müayinə edirlər. Bu müasir diaqnostika vasitəsi ilə uşaqlıq qanaxmalarının, sonsuzluğun və digər müxtəlif ginekoloji xəstəliklərin səbəbini aydınlaşdırıb müvafiq diaqnoz qoymaq mümkün olur.

Histereskopiya xüsusi tibbi aparat – histereskop vasitəsilə həyata keçirilir. Histereskop başlıq hissəssinə işıq və kamera yerləşdirilmiş aparatdır.

 

Müayinə prosesi ağrısız və təhlükəsiz həyata keçirilir. Xəstəlikdən şübhələnən zaman əvvəlcə analizlər götürülür, sonra isə histereskopiya əməliyyatı həyata keçirilir. Adətən, histereskopiyan aybaşının 6-10 günü venadaxili anesteziya ilə həyata keçirilir. Histeroskopiya müayinəsinin bu günlərdə aparılması, uşaqlığın daxili qatının bu dövrdə müayinə üçün daha münasib olmasıdır.


Histereskopiyanın təyin edilməsi:

Histersekopiyanın əsas məqsədi diaqonzun dəqiqləşdirilməsidir.

Histereskopiyanın təyin edilməsində ikinci məqsəd müalicəvi məqsəddir.


Histereskopiya göstərişlər:

Daxili endometrioza şübhə olduqda

uşaqlıq boşluğunun (endometriyanın) polipi

endometriyanın hiperplaziyası

uşaqlıq daxili sinexiyaların (bitişmələrin) olması

uşaqlığın subkukoz (daxili təbəqədə yerləşmiş) mioması

adenokarsinoma

sonsuzluq

yarımçıq uşaqsalma

uşaqlıq qanaxmaları

abort zamanı uşaqlıq divarının deşilmə şübhəsi;

reproduktiv yaş həddində olan qadınlarda aybaşı pozulmaları;

uşaqlığın anadangəlmə anomaliyaları;

postmenopauzada qanaxmalar;

uşaqlıqda olan əməliyyatlardan sonra uşaqlıq boşluğunun müayinəsi;


Histereskopiyanın həyata keçirilməsinə əks göstərişlər:

Bədəndə olan genital və ya ekstragenital iltihabi xəstəliklər (kolpit, angina, kəskin respirator virus xəstəlikləri, angina və s.).

İnkişaf edın hamiləlik

Çox həcmdə uşaqlıq qanaması;

Uşaqlıq boynunun stenozu;

Uşaqlıq boynunun yayılmış xərçəngi;

Qadının ürək damar, qaraciyər, böyrək patalogiyaları ilə əlaqəli olan ağır ümumi vəziyyəti.

Histereskopiya metodu ilə həkim uşaqlığın daxili müayinə edir. Əgər uşaqlığın daxili qatında müayinə zamanı dəyişiklik (düyünlər, polip, atrofik lokal ocaq, onkoloji xəstəliklərə şübhə yaradacaq pataloji dəyişilmiş sahə və s.) aşkarlanarsa, zaman sonrakı laborator müayinələr üçün mütləq dəyişilmiş sahədən biopsiya üçün materiallar götürülür.

Müalicə məqsədilə histereskopiya təyin edildiyi zaman isə uşaqlıqdaxili pataloji hallar (arakəsmələr, uşaqlıqdaxili bitişmələr, poliplər, miomatoz düyünlər) aradan qaldırılır.

Histereskopiyanın həyata keçirilməsinə xüsusi müayinə aləti lazım olur. Prosedur həyata keçirilməzdən əvvəl xəstədən müvafiq analizlər götürülür (qanın ümumi analizi, laxtalanma sisteminin durumu, sidiyin ümumi analizi), hətta hepatitlər, AİDS,siflis xəstəliklərinin olub-olmaması araşdırılır.

40 yaşından yuxarı qadınlara histereskopiya olunmazdan əvvəl terapevtin baxışı mütləqdir.


Müayinənin qaydası:

Müayinə zamanı 10 mm diametrində başında işıq və kamera olan alət qadının uşaqlığına yeridilir və manitorda uşaqlığa 20 dəfə böyüdülmüş halda baxılır. Müayinədən sonra qadının qarnının aşağı hssəsində sancışəkilli aqğrılar ola bilər. Bəzən müayinədən sonra az miqdarda, bəzən isə güclü qanaxma meydana çıxa bilir. Amma, bu əlamətlər öz-özünə keçib gedir və heç bir patoloji iz qoymur. Histereskopiyadan sonra uşaqlıq yoluna sakitlik verilir. Ən azından 3 gün cinsi əlaqəyə girməyə icazə verilmir. Bəzən isə bu müddət həkimin məsləhəti ilə 3 həftəyə qədər uzadıla bilər.


Histereskopiyadan sonra baş verə biləcək ağırlaşmalar:

Histereskopia müayinəsindən sonra aşağıdakı ağaırlaşmalara rast gəlinə bilər:

* Endometriyanın iltihabı: Bu zaman müayinədən qısa müddət sonra qarının aşağı hissəsində kəskin ağrılar meydana gəlir, uşaqlıq yolundan qanlı-irinli axıntı gəlir. Bu əlamətlər meydana çıxdığı zaman mütləq həkimə müraciət etmək lazımdır.

* Uşaqlıq divarının cırılması: Bu nadir hallarda baş verən ağırlaşmadır. Uşaqlıq divarının cılırması çox abort olunan və ya iltihabi paroseslər səəbindən uşaqlığın divarı iltihablaşan zaman histereskopiya həyata keçirildikdə baş verə bilir.

* Müayinədən sonra baş verən uşaqlıq qanaxması: Adətən histereskopiyadan sonra 1-2 gün zəif qanaxma ola bilir. Əgər qanaxma güclüdürsə və 3 gündən artıq davam edirsə o zaman mütləq ghinekoloqa müraciət etmək lazımdır.

скачать софт