KEYSƏRİYYƏ ƏMƏLİYYATI

Keysəriyyə əməliyyatı

Keysəriyyə əməliyyatı, onun mənfi və müsbət cəhətləri:

Bütün gənc analar doğumqabağı həyəcan keçirir. Həyəcan ən çox da birinci dəfə ana olacaq qadınlarda baş verir. Qadınların bəziləri hətta təbii doğuşdan qorxaraq keysəriyyə əməliyyatına üstünlük verməyi belə düşünürlər. Bu zaman onlar “Keyləşdirərlər yataram, ayılanda övladım yanımda olar”-deyə düşünürlər.

Ginekoloqlar və mamaçalar isə məcburi vəziyyət olmadıqca keysəriyyə əməliyyatına üstünlük verməməyi məsləhət bilirlər. Əgər sizin həkiminiz sizə təbii doğuşla uşaq dünyaya gətiməyi məsləhət bilisə və siz əməliyyat vasitəsilə uşaq dünyaya gətirməyi düşünürsünüzsə o zaman aşağıdakıları diqqətlə oxuyun. Sizi keysəriyyə əməliyyatınım mübət və mənfi cəhətləri ilə tanış etmək istəyirik.


Əməliyyatın müsbət cəhətləri:

Keysəriyyə yolu ilə dünyaya uşaq gətirmək təbii doğuşun ana və ya uşağın həyatına təhlükə yaranacağı zamanlarda tətbiq edilir. Əgər həkim təbii doğuş olarsa ana və ya uşağın həyatını təhlükə altına sala biləcək vəziyyətin olduğunu deyibsə o zaman əməliyyatın vacibliyini qaçılmazdır. Bu zaman əməliyyatın mənfi cəhətləri nəzərə alınmır və yanlız ana və uşağın həyatı barədə düşünülür.

Əməliyyatla uşaq dünyaya gətirməyin ikinci nisbi müsbət cəhəti isə doğum yollarında təbii doğuş zamanı genəlmə, travma riski zamanı cırılmaların və çatların yarana bilmə ehtimalının aradan qaldırılmasıdır. Bu zaman doğum yolları ana olmuş olsaz belə əvvəlki tonusunu saxlamış olur.

Əməliyyatla uşaq dünyaya gətirməyin üçüncü müsbət cəhəti qısa bir zamanda uşağın dünyaya gəlməsidir.


Əməliyyatın mənfi cəhətləri

Keysəriyyə əməliyyatının birinci mənfi cəhəti ananın psixoloji vəziyyətində özünü göstərir. Təbii doğuşdan sonra analar depressiya vəziyətinə düşürlər, amma bu vəziyyət uzun sürmür. Ana öz uşağını gördüyü andan depressiya əlamətləri aradan qalxır. Cərrahi doğuş olduqda isə bu zaman müddəti dahada uzanır.

Əməliyyatın ikinci mənfi cəhəti əməliyyatdan sonra uzun müddət ananın fiziki yük qaldıra bilməməsidir. Əməliyyatdan sonra analar öz övladlarına istədikləri kimi diqqətlə yanaşa bilmirlər. Çünki, ananın fikiri əməliyyatın dəridə əmələ gətirdiyi yarada olur. Kəsik yaranın ağrısı, iltihabdan qorunması, ona edilən qulluq ananın fikrinin uşağından yayınmasına səbəb olur. Yara sağalana kimi isə ana hətta öz uşağını istədiyi kimi qucağına alıb saxlaya bilmir.

Əməliyyatla uşaq dünyaya gətirən anaların mütləq köməyə ehtiyacları olur. Çünki, əməliyyat olunmuş ana uşağını qucağında saxladıqda və ya ona qulluq edərkən çətinlik çəkir. Keysəriyyə əməliyyatı olunmuş qadına ağır yük qaldırmaq, qəfil dönmə hərəkətləri etmək, sərt şəkildə əyilmək olmaz. Əməliyyat olumuş ana hətta cinssi əlaqəyə girən zaman ehtiyyatla hərəkət etməlidir.

Keysəriyyə əməliyyatının mənfi cəhətlərindən biri də əməliyyat keçirmiş qadının qarnının aşağı hissəsində əməliyyatdan sonrakı çapığının qalmasıdır.

Keysəriyyə əməliyyatının mənfi cəhətlərindən biri də əməliyyatda sonra orqanizmin ümumi vəziyyətinin zəifləməsidir. Çünki, əksər hallarda bu əməliyyat ümumi keyləşdirmə altında həyata keçirilir. Bu da əməliyyatdan sonra orqanizmin özünə gəlməsi üçün zaman tələb etməsinə səbəb olur.

Daha bir vacib məqam isə, gələcəkdə doğulacaq uşaqların sayında məhdudiyyətin olmasıdır. Qadının bədəninin sağalma aktivliyindən asılı olaraq uşaqlıqda olan çapıq toxumanın yetərliliyi qadına təkrar ana olmaq sevincini yaşamağı 2-3 dəfəyə qədər azaldır.


Keysəriyyə əməliyyatının uşağın həyatına mənfi və müsbət təsirləri

Çoxları təbii doğuşun uşaq üçün ağrı və həyəcana səbəb olduğunu söyləyir. Amma, bu belə deyil. Təbii doğuş zamanı uşaq xarici mühitə tədricən uyğunlaşaraq qədəm basır. Amma, keysəriyyə əməliyyatı zamanı uşaq dünyaya qısa bir zamanda gəlir. Bu zaman uşaq xarici mühitə adaptasiya olmağa macal tapmır. Bu da uşağın tənəffüs və qan-damar sisteminin, ürəyinin yeni mühitin tempraturuna uyğunlaşmasını çətinləşdirir. Qısa bir zamanda dünyaya gəlmək uşaqların keysəriyyə şoku yaşamalarına səbəb olur. Bu cür uşaqların immuniteti təbii doğuşla dünyaya gələn uşaqlarınkına nisbətən aşağı olur. Amma, keysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda asfiksiya,ağ ciyərlərin iltihabi xəstəlikləri müşahidə edilmir.

Əgər siz keysəriyyə əməliyyatının asan, rahat və ağrısız olduğunu düşünürsünüzsə o zaman əməliyyatdan sonra güclü qanaxma, uzun müddət bərpaedici zaman və anesteziya ilə əlaqədar baş verə biləcək problemləri düşünün və sonra qərar verin. Mütəxəssislər gələcəyin analarına qərar qəbul etməzdən əvvəl diqqətlə düşünməyi və əməliyyatın mənfi və müsbət cəhətləri barədə məlumat toplamağı məsləhət bilir.

скачать софт