LAPAROSKOPİYA ƏMƏLİYYATI

Laparoskopiya əməliyyatı

Laporoskopiya nədir? Laparoskopiya və ya laparoskopik cərrahiyyə qarın boşluğunda kəsik aparılmadan həyata keçirilən cərrahi əməliyyatdır. Bu zaman cərrah xüsusi alətlər vasitəsilə qarında bir-neçə yerdən dəlik açaraq xüsusi alətləri qarın boşluğuna salaraq əməliyyatı həyata keçirir. Əməliyyat zamanı xəstənin daxilində baş verən prosesləri isə cərrahlar videosistem vasitəsilə ekranda izləyir. Videosistem xəstənin qarın boşluğundankı görüntüləri optik cihazın ötürməsi nəticəsində əks edir. 

 

Laparoskopik cərrahiyyənin üstünlüyü əməliyyat zamanı orqan və toxumaların az zədə görməsidir. Bu əməliyyatın atıq çəkidən əziyyət çəkənlər üçün nə qədər faydalı olduğunu təsəvvür edə bilirsinizmi? Son illərdə bariatrik cərrahiyyədə (cərrahi yolla arıqlamaq üsulu) laparoskopiyadan istifadə edilir.

Əvvəllər isə əməliyyatlar zamanı qarın boşluğu qarının ön divarında müxtəlif ölçülərdə aparılan kəsikdən icra olunurdu. Bu zaman qarının ön divarında dəridə iri kəsik izi qalırdı. Laporoskopiyanın inkişafı isə əməliyyatdan sonra qarının ön divarında iri əməliyyatsonrası çapığın deyil, bir neçə iynə yerinin izinin qalmasına səbəb oldu.

Əvvəllər” Böyük cərrah böyük kəsik açır” söylənilən bir alman deyimi vardı. Bu deyimi cərrahlar şüar kimi səsləndirirdilər. O zaman qarında böyük kəsik apararaq əməliyyatlar edən, bu əməliyyatlar zamanı daxili orqanların bir hissəsini kəsib çıxaran cərrah ən yaxşı elmi nəaliyyəti əldə etmiş sayılırdı.

Cərrahiyyə əvvəllər “əl işi” sayılırdı. Amma, bu əməliyyatlardan sonra xəstələrin əksəriyyəti dərilərində dərin çapıq izləri ilə ömür boyu yaşayırdılar. Ötən əsrin səksəninci illərindən başlayaraq isə cərrahiyyə üçün yeni bir dövr başladı. O zamandan başlayaraq cərrahiyyə sahəsində yeni dövr açıldı və ən yaxşı cərrahlar kiçik kəsik apararaq fəaliyyətini yerinə yetirən cərrahlar hesab edilməyə başladı. Müasir cərrahiyyədə ən yaxşı əməliyyat az kəsiklə istənilən daxili orqanlardakı patoloji əlamətlərin aradan qaldırılması hesab edilir. Adətən qarın boşluğundakı orqanlara müdaxilə etmək üçün qarının ön divarında kəsik aparılaraq əməliyyat həyata keçirilirdi. Bu zaman müvafiq aseptik qaydalara riayət etmədikdə əməliyyat zamanı kəsilərək travma alan dərialtı piy toxumasına və qana ikincili infeksiya düşmə riski artırdı. Digər tərəfdən, bu cür əməliyyatlardan sonra xəstələrə ən azı 3 gün yataq rejimi təyin edilirdi. Bu cür yataq rejimi aşağı ətraf venalarında durğunluq yaradaraq dərin venaların trombozuna, ağciyər arteriyalarının tromb emboliyasına, ağciyərlərdə olan durğunluqlar və ikincili infeksiyaların qoşulması nəticəsində isə ağciyər pnevmoniyası kimi ağırlaşmalar meydana çıxa bilirdi.

Laporoskopik cərrahiyyənin faydaları

Laporoskopik cərrahiyyə zamanı yuxarıda sadalanan ağırlaşmaların baş vermə riski 10 dəfə aşağı düşür.

Laporoskopik əməliyyatdan sonra sağalma qısa bir zamanda baş verir və xəstə tez bir zamanda ayağa qalxır.

Mütəxəssislər kök adamlara iri kəsik açaraq əməliyyat olunmağı məsləhət bilmir. Yanlız həyati göstəriş olan zaman bu cür əməliyyatlar qaçılmaz sayılır. Müasir tibbdə ən az zərər və ağırlaşmalara səbəb olmayan əməliyyat laporoskopik əməliyyat sayılır. Bu səbəbdən də bu əməliyyatlar daha uğurlu hesab edilir.

скачать софт