UROGİNEKOLOJİ

Uroginekoloji

Uroginekoloji

Qadınlarda tez-tez sidiyə çıxmanın səbəbləri

Sidiyəçıxma prosesi yetərincə intim mövzu sayılır. Bu mövzu ciddilik tələb edən bir mövzudur. Tez-tez sidiyə çıxma qadınlarda daha çox rastlanan problemlərdəndir. Bu problem diskomforta və bəzən də ağrıya səbəb ola bilir. Əksər hallarda qadınlar xəstəliyin əlamətləri kəskinləşdikdə və geridönməz bir vəziyyət aldıqda həkimə müraciət edirlər. Bunu səbəbi isə qadınların bu əlamətin öz-özünə aradan qalxacağına inanmaları, bəzən şikayərləri kiməsə deməyə utanmaları, bəzən də baş verənlərin mahiyyətini anlamamaları səbəb olur.

Gün ərzində sidiyəçıxma normal hallarda 2-6 dəfə baş verir. Bu zaman sidik kisəssində fizioloji olaraq yığılmış sidik xaric olunur və sidik kisəsi boşalır. Fizioloji sidiyə çıxma qəbul edilən qidalardan, qidaların tərkibindən, orqanizmdən, maye qəbulunun miqdarından, maddələr mübadiləsinin intensivliyindən, böyrəklərin süzmə funksiyasından asılı olur. Günün müəyyən saatlarında xaricə çıxan sidiyin miqdarı da fərqli olur. Normal sidiyə çıxma zamanı qadınlar komfort hiss edirlər. Belə ki, normal halda qadınlar sidiklərini kisədə saxlaya bilirlər və kisə dolduqda və onun xaricə çıxma vaxtı çatdıqda siqnal hiss edirlər. Siqnal hiss edilən zaman qadınlar fizioloji prosesi həyata keçirərək kisəni boşaldırlar. Tez-tez sidiyəçıxma əlamətinin 1-2 gün davam etməsi qorxulu bir hal sayılmır. Əlamət davamlı olarsa isə mütləq həkimin məsləhət lazımdır.

Qadınlarda sidiyə çıxmanın səbəbləri müxtəlif ola bilir. Səbəblər sağlam vaxtlarda və ya xəstəlik səbəbindən meydan çıxa bilir. Əksər hallarda tez-tez sidiyə çıxma sidik axarı yollarının patoloji xəstəlikləri zamanı meydana çıxır.

Tez-tez sidiyə çıxmanın əsas səbəbi iltihabi xəstəlikləridir. Bu əlamət qadınlarda kişilərə nisbətən 3 dəfə çox baş verir.

Sidiyə tez tez çıxma səbəbləri:

Sistit (sidik kisəsinin iltihabı): Tez-tez sidiyə çıxma əsasən sistit xəstəliyinin əlaməti sayılır. Bu zaman sidiyə çıxan zaman yanğı, qaşınma, göynəmə hissi olur. Bu zaman qadınların bir ayağı tualetdə qalır. Onlar sidiyə çıxsalar da sidik kisəsinin boşalmaması kimi bir hiss yaşayırlar. Xəstəliyin ilkin günlərində qadınlar sidiyə çıxma hissi keçirilər, sonra əlamətlər artaraq aqressivləşir. Sistit zamani sidiyin tərgi tündləşir və xüsusi çəkisi artır. Xəstəliyin müalicəsi pielonefritin müalicəsi kimi aparılır, xəstəyə fizioterapiya müalicəsi( induktoterapiya, ionofarez və ya ultra bənövşəyi şüalanma), fitopreparatlar təyin edilir.

Uretrit (sidik kanalının iltihabı): Tez-tez, ağrılı, yanğılı sidiyə çıxma uretranın iltihabı zamanı baş verir. Bu zaman yanğı və ağrı hissi əsasən sidiyə çıxıb qurtaran zaman meydana çıxır. Uretrit qadınlarda ən çox rast gəlinən patologiyalardan sayılır. Bu zaman qadınların sidik axarlarında sıxıcı və qaşınma ilə müşahidə edilən ağrı meydana çıxır. Həkimin məsləhətlərinə qulaq asmaq, antibiotik qəbul etmək və aralıq nahiyəsinin biosenozunu probiotiklərlə neytrallaşdırmaq xəstəliyin əlamətlərinin aradan qaldıraraq sağalmasına yardım edir.

Pielonefrit (böyrəklərin iltihabı) Tez-tez sidiyəçıxma pielonefrit zamanı da meydana çıxa bilir. Bu zaman xəstələr bel nahiyələrində küt ağrının olmasından şikaytlənirlər. Ağrılar ən çox soyuq və nəm havalarada meydana çıxır. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir: - tempraturun qəfil qalxması - zəiflik - ürəkbulanma - sidikdə irinin və ya qanın olması - hipertenziyanın inkişaf etməsi

Böyrəkdaşı xəstəliyi: Böyrəkdaşı xəstəliyi də tez-tez sidiyəçıxma simptomunun əmələ gəlməsinə səbəb olur. Ən çox da daş sidik axarlarında və sidik kisəsində olduğu zaman xəstələrdə tez-tez sidiyəçıxma müşahidə edilir. Əlamətlər xəstəliyin ağırlığına və daşın yerləşdiyi yerə uyğun olaraq fərqli ola bilir. Daş müxtəlif müaliclərdən sonra düşdükdən isə əlamətlər aradan qalxır.

Sidik kisəsi divarının əzələsinin zəifləməsi: Kisə divarının əzələsinin zəifləməsi qadınların tez-tez sidiyə çıxmalarına səbəb olur. Bu zaman sidik kisəsinə daxil olan sidiyi kisə saxlaya bilmir. Bu əlaməti aradan qaldırmaq üçün isə sidik kisəsinin divarının əzələsini möhkəmləndirən çalışmalar etməli və əzələ zəifliyini aradan qaldıran dərman preparatları qəbul eləmək lazımdır.

Hiperaktiv sidik kisəsi: Bu zaman sidik kisəsinə sidik axan kimi sinir hüceyrələri qıcıqlanır və xəstə sidik kisəsini dolu hiss edir. Bu səbəb də xəstənin tez-tez sidiyə çıxmasına səbəb olur.

Ginekoloji xəstəliklər: Tez-tez sidiyə çıxmağa səbəb olan amillərin sırasında ginekolojə xəstəliklər də vardır. Bu xəstəliklərin sırasında uşaqlığın mioması, uşaqlığın sallanması, uşaqlığın xoşxassəli şişləri və s. aiddir. Bu xəstəliklər sidik kisəsinə təzyiq göstərərək kisəni qıcıqlandırır və xəstədə sidiyə çıxma hissini əmələ gətirirlər. Bu zaman əlamətlər ginekologi xəstəliklər müalicə olunana qədər davam edir. Bu zaman hormonal və cərrahi müalicə tətbiq edilmədən tez tez sidiyə çıxma əlaməti aradan qalxmır.

Endokrin xəstəliklər: Tez-tez sidiyə çıxma hissi şəkərli diabet xəstələrində də tez-tez meydana çıxan əlamətdir. Əlamət şəkərli diabetin ilkin meydana gələn zamanlarından özünü göstərir. Bu zaman xəstələrdə tez-tez sidiyə çıxmaqla ürək yanğısı da olur.

Ürək və damar xəstəlikləri: Qadınlarda tez-tez sidiyəçıxma ürək-damar xəstəlikərinin əlaməti kimi də meydana çıxa bilir. Ən çox ürək çatışmazlığı xəstələrində az-az və tez-tez sidiyə çıxma olur. Bu zaman xəstələrin bədənlərində şişkinlik də olur. Bu zaman ürək xəstəliyi müalicə olunduqda sidiyəçıxma əlaməti də aradan qalxır.

Fizioloji səbəblərBu zaman qadınlarda heç bir xəstəlik olmur. Sidiyəçıxma müxtəlif fizioloji faktorlardan əmələ gəlir. Həmin faktorların aradan qaxması tez-tez sidiyəçıxma əlamıtinin aradan qalxmasına səbəb olur. Fizioloji səbəblərə aşağıdakılar aiddir; - xüsusi dieta saxlamaq, çox maye qəbul eləmək və ya sididikqovucu təsirə malik meyvələr yemək( qarpız, yemiş, xiyar və s.) - stress və həyəcan, oksigen aclığı yaşamaq - hamiləliyin birinci və üçüncü üçaylığı - orqanizmin soyuqlaması Bunlar sidikburaxmaya səbəb ola biləcək fizioloji əlamətlərdir.

Dərmanların qəbulu Sidikqovucu dərmanların qəbulu həkimin təyinatı ilə qəbul edilir və müalici effekti böyükdür. Orqanizmdə suyun yığılıb qaldığı zaman sidikqovucular artıq mayenin xaric olunmasına səbəb olur. Bu dərmanların qəbulu tez-tez sidiyə çıxmaya səbəb olur.

Vaginit Ağrılı və tez-tez sidiyəçıxma uşaqlıq yolunun qıcıqlanmaları zamanı meydana çıxa bilir. Bu ən çox düzgün tampon qoyulmayan zamanlarda və ya cinsi əlaqədən sonra meydana çıxır. Bu zaman tez-tez sidiyəçıxma qısa müddətli olur və tez aradan qalxır.

İstənilən halda tez-tez sidiyəçıxma normal əlamət sayılmır və qadınlarda diskomforta, həyat fəaliyyətinin aşağı düşməsinə səbəb olur. Bunun üçün də əlamətlərin meydana çıxdığı ilk günlərdən həkimə müraciət etmək və əlamətin hansı səbəbdən əmələ gəldiyini öyrənmək və aradan qaldırmaq lazımdır.


Sidik saxlamama problemi

Qadınlarda sidik saxlamama problem adətən cavan qadınlarda  ağır keçən doğuşlardan sonra baş verir. Çox zaman isə sidik saxlamama problem yaşlı qadınların problemidir. Klimakterik dövrdə qadın hormonlarının ifrazı azaldığından toxumaların elastikliyi azalır. Bu özünü çanaq dibi əzələlərindədə əks etdirir. Bu səbəbdə utetranın (bax qadın cinsiyyət sistemi) tonusunun zəifləməsinə, kiçik təyziq olunduqda belə (asqırma, öskürmə) sidiyin qeyri ixtiyari olaraq axmasına gətirib çıxarır.

Sidik saxlamama, növləri:

Sidik saxlamama və ya inkontinensiya simptomlarına görə 3 növə ayrılır:

Stress (gərginlik) sidiksaxlamama: sidiksaxlamama halı yalnız qarındaxili təyziq qalxdığında (ağırlıq qaldırma, idmanla məşğul olmaq, cinsi əlaqə, kiçik stress halları-asqırma, öskürmə və s) müşahidə olunur. 

Urgent sidik saxlamama: sidik ifrazına dözülməz istəyin olması. Bu zaman qadın özünü saxlamaya bilər. və sidik qaçırma halı yaşanır. Maraqlısıda budurki, bu zaman sidik kisəsi tam dolu olmayada bilər.

Qarışıq sidik saxlamama. 1 və 2 növlərin qarışığı.

Növündən asılı olmayaraq sidik saxlamama problem qadın üçün əlavə gərginlik və stressdir. Stress öz növbəsində bu patalogiyanın əsas səbəblərindəndir. Bu səbəbdəndə çox zaman qapalı dövrə yaranır.

Qadınlarda sidik saxlamama probleminin səbəbləri:

Sidik saxlamama problem bir çox səbəblərdən yarana bilsədə, onların içərisində sinir sisteminin gərginliyi və həddindən artıq yorulma halları əsas yer tutur.

Ağır travmalı doğuşlar: stress sidik saxlamamanın əsas səbəblərindən biridir. Doğuş zamanı travma tək yumşaq toxumaların zədə alması deyil, həmdə çanaq dibi əzələlərin həddindən artıq dartılmasıdır.

Artıq çəki: stress sidik saxlamama probleminin əsas səbəblərindən biridir.

Ginekoloji əməliyyatlar: uşaqlıq və yuçurtalıqlar üzərində keçirilmiş əməliyyatlarda gələcəkdə qadında sidik saxlamamaq problem yarada bilər.

Klimakterik dövrlə əlaqədar olaraq hormonal dəyişikliklər: yaşla əlaqədar olaraq hormonal dəyişikliklər nəticəsində əzələlərin elastikliyinin azalması sfinkterin zəifliyinə səbəb olur.

Qadın anatomiyasının xüsusiyyəti: aydındırki sidik saxlamama problem kişilərə nisbətən qadınlarda daha çox yayılmış bir haldır. Bu qadın anatomiyasından asılı olan bir haldır. Beləki, sidikaxarı kanalının uzunluöu kişilərdə 24-30sm olduğu halda, qadınlarda bu göstərici 3-4sm-dir. Qadınıarda bu kanalın genliyi 6-10mm, kişilərdə isə 4-7mm qədərdir. Bu səbəbdəndə qadının çanaq dibi əzələləri daha güclü olmalıdır. Əks halda qısa və geniş kanaldan sidik sidik kisəsindən asanlıqla axıb tökülə bilər.

Urgent sidik saxlamama: bu vəziyyət sidik kisəsinin hiperaktivliyi və ya neyrogen sidik kisəsi sindromu ilə əlaqəli ola bilər. Gözlənilməz sidik qaçırma halı hətta qadın özündə olan problem səbəbi ilə içdiyi mayenin miqdarını azaltmış olsa belə baş verə bilər. bu tip sidik saxlamama problem qadını tualetə yaxın yerlərdə olmağa və ya getdiyi yerdə ilk növbədə tualet axtarmağa məcbur edir. Bu tip sidik saxlamamanın səbəbi nevroloji problemlərdə ola bilər: kəllə beyin travması, onurğa sütununun travması, hətta keçirilmiş insult sonrakı ağırlaşma kimi. Səbəb kimi keçirilmiş sidik-cinsiyyət sisteminin infeksiyasınıda vurğulamaq olar.

Qarışıq sidik saxlamama: urqent və stress inkontinensiyanın birlikdə təzahürüdür.

Sidik saxlamamanın müalicə növləri:

Sidik saxlamamanın müalicəsi onun səbəbləri dəqiq aydınlaşdırıldıqdan sonra aparılır. Çünki yaranma səbəbindən asılı olaraq bu halın aradan qaldırılması üsulları medikamentoz, fikizi təlimlər, sidik yollarının infeksiyalarının müalicəsi və cərrahi olaraqdan genişdir.

Cərrahi müdaxilə olmadan, həblərsiz müalicə: bu növ müalicəyə aiddir:

Sidik kisəsinin məşqi;

Çanaq dibi əzələlərinin möhkəmlənməsi üçün məşqlər;

Fizioterapiya.

Məşqin əsas məqsədi sidik ifrazının planını qurmaqdan ibarətdir. Bunu öyrənib həyata keçirmək üçün ilk əvvəllər həkim nəzarətində olmaq şərtdir. Sidiyə çıxma intervalını zamanla böyütmək lazımdır. İş burasındadırki, sidik saxlamama problem olan qadınlarda müəyyən streotip formalaşmış olur. Onlar sidiyə getmək hissi az olsa belə olduqları yerdə “hər ehtimala qarşı” sidiyə getməyə can atırlarki, arzuolunmaz, qeyri ixtiyari sidik ifrazı baş verməsin. Uyğulanmış planı həyata keçirərkən qadın sidiyə çıxmaq istəyini boğub saxlamalıdır. Sidiyə çıxmaq intervalını qadın hər həftə 30dəq artıraraq 3-3,5 saata qədər artırmalıdır. Beləliklə qadın köhnə stereotipi yenisi ilə əvəz eləmiş olur. Adətən məşq üsulu 3 aylıq kurs kimi medikamentoz üsul ilə möhkəmləndirilir.

Çanaq dibi əzələlərinin məşqinədə xüsusi yer ayırmaq lazımdır. Bir çox qadınlarda çanaq dibi əzələlərinin məşqi müalicədə yüksək nəticələr almağa kömək edir. Bunun üçün “Keqel məşqləri” çox effektivdir.

Müalicə prosesində fizioterapiyanıda unutmamaq lazımdır. Beləki tətbiq olunan müalicə metodunda kiçik çanaqda qan dövranı yaxşılaşır, bu isə öz növbəsində əzələlərin möhkəmlənməsinə, bağların dahada elastik olmasina kömək edir. Bunun üçün aşağıdakı üsullardan istifadə olunur:

Mikrocərəyan

Isitmə

Elektromaqnit impulslar.

Medikamentoz üsullar:

Medikamentoz müalicə adətən urgent sidik saxlamama zamanı effektiv olur. Bunun üçün qadına ilk növbədə spazmolitiklər, antidepressantlar təyin olunur. Bu zaman sidik kisəsinin əzələlərindəki gərginlik hissi azalır, sinir sisteminin sidik çıxışına təlabat siqnalı impulsları sönür.

скачать софт